Əlcəzayirin Xarici İşlər naziri Sabri Bukadum bildirib ki, Əlcəzayirin Fransanın müstəmləkəsi olduğu dövürlərdə Fransanın etdiyi nüvə sınaqlarının təsirləri hələ də bölgədə qalır.
Bukadum özünün Tvitter hesabında yazıb ki, Fransanın Əlcəzayir çöllərindəki Reggane bölgəsində həyata keçirdiyi ilk nüvə sınağından 61 il keçir: "Fransanın nüvə sınağı zamanı Hiroşimaya atılan atom bombasının 3-4 qatına bərabər olan 70 kiltonluq bir qüvvə ortaya çıxdı. Partlayışın qorxunc təsirləri hələdə bölgədə qalmağa davam edir", - deyə o, Tvitterdə qeyd edib.
Fransa 1960-1966-cı illər arasında Əlcəzayir ərazisində ən azı 17 nüvə sınağı həyata keçirib.
Əlcəzayir nüvə qalıqlarının terinin ortaya çıxarılmasını, zərərçəkmişlərə, xüsusən qalıcı xəsarətləri olanlara təzminatın ödənilməsini tələb etsə də Fransa bunu rədd edib.
Əlcəzayir 1830-lardan başlayan işğalından sonra, 1 noyabr 1954-cü ildən etibarən müstəqillik mübarizəsinə başladı.
8 il davam edən mübarizədə 1,5 milyon əlcəzayirli həyatını itirdi, milyonlarla insan sürgün oldu. Yaşanan bütün dəhşətlər Fransanın Afrikadan çəkilərkən öz üzərində buraxdığı qara ləkə oldu.