5 Fevral 2021
Mətni dəyiş
Tibet və uyğur əsilli aktivistlərin də arasında olduğu bir qrup Çin əleyhdarı olan aktivist Tokyoda təşkil olunmuş bir konfransa Çinin Şərqi Türkistan və Tibetdə insan haqqlarını pozmasına cavab olaraq 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya oyunlarının boykot edilməsi çağırışı ilə çıxış edib.
Yaponiyadakı Tibet Cəmiyyətinin rəhbəri Kalden Obara bəyanatında Beynəlxalq Olimpiya Komitəsinin qış və paralimpiya oyunlarını axmaqca bir qərarla Pekində keçirməyə qərar verdiklərini və bu səbəblə də səslərini yüksəltmək lazım olduğunu bildirib.
Obara həmçinin bildirib ki, 180 insan haqqları təşkilatı ilə birlikdə bəzi hökümətlərə mövzu ilə bağlı məktub göndərəcəklərini, əgər Çində keçiriləcək olimpiya oyunları boykot edilərsə rəsmi Pekinin müxalifətə olan basqıları və ölkədə insan haqqları pozuntuları sahəsində müsbətə doğru dəyişikliklər ola bilər.
Obara deyib ki: "Çin, Tibet və ona qonşu bölgələrdəki insan haqqları pozuntularını dayandırmasa, Pekinin 2022-ci ildə Qış Olimpiya oyunlarına ev sahibliyi etməsinə imkan verilməməlidir. Bunu Yaponiya təkbaşına bacarmaz, beynəlxalq aləm əldbir olub birgə hərəkət etməlidir".