ABŞ Dövlət Departamenti Ərdoğanın LGBT üzvlərinə yönəlik nifrət nitqini qınayıb

ABŞ Dövlət Departamenti Ərdoğanın LGBT üzvlərinə yönəlik nifrət nitqini qınayıb
4 Fevral 2021
Mətni dəyiş

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyənin Boğaziçi Universitetinə Melih Bulutun rektor təyin olunmasına etiraz olaraq keçirilən aksiyalardan və aksiyada saxlanılan tələbələrdən danışıb.

Departamentin sözçüsü deyib ki, Amerika aksiyada saxlanılan tələbələrin taleyi ilə bağlı narahatdır və cinsi azlıqlara yönəlik nifrət nitqini kəskin şəkildə qınayır.

"Aksiyaları LGBT ilə əlaqələndirmək cəhdlərini və cinsi azlıqlara yönəlik nifrət nitqini kəskin şəkildə qınayırıq", - deyə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Bundan əvvəl Türkiyə Prezidenti İstanbuldakı Boğaziçi Universitetinə yeni rektorun təyinatından sonra etiraz aksiyalarına qatılan tələbələri tənqid edib. Recep Tayyip Erdoğan bu barədə AK partiyasının Artvin-Bilecik-Çankırı-Qaziantep-İğdır üzrə konqresində danışıb. "Terror təşkilatı üzvü olan bu gəncləri milli və mənəvi dəyərlərə sahib kimi qəbul etmirik. Siz tələbəsinizmi Yoxsa rektorun otağına basqın edərək onu zəbt etməyə cəhd göstərən bir terrorçusunuzmu?" - videoformatda keçirilən görüş vaxtı çıxış edən Türkiyə lideri deyib. "LGBT, elə bir şey yoxdur. Bu ölkə milli, mənəviyyatlıdır və bu dəyərlərlə gələcəyə doğru addımlayır", Prezident Erdoğan çıxışında bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun