11 Fevral 2021
Mətni dəyiş
Rusiya müxalifətinin lideri Aleksey Navalnının arvadı Yuliya Navalnaya Rusiyanı tərk edib. O Almaniyanın Frankfurt şəhərinə yollanıb. Bu haqda Alman "Der Spiegel" dərgisi xəbər yayıb. Navalnının arvadının ölkəni nə üçün tərk etdiyi hələlik məlum deyil, bu haqda o özü heç bir şərh vermək istəməyib. Güman edilir ki, Yuliya Navalnaya həyatına təhlükə hiss edib.
Yuliya Navalnı yanvarın 17 də əri ilə birlikdə Almaniyadan Moskvaya qayıtmışdı, o bundan öncə isə 5 ay boyu Almaniyada zəhərlənmiş ərinin müalicəsi ilə məşğul idi. Aleksey Navalni ölkəyə qayıtdıqdan dərhal sonra hava limanındaca həbs olundu. Fevralın 2-də Aleksey Navalniyə 3,5 illik həbs cəzası verilib.