Almaniya nasist düşərgəsində işləmiş 100 yaşındakı kişini 3 min 518 cinayətdə ittiham edir

Almaniya nasist düşərgəsində işləmiş 100 yaşındakı kişini 3 min 518 cinayətdə ittiham edir
10 Fevral 2021
Mətni dəyiş

Almaniya məhkəməsi "Sachsenhausen" nasist düşərgəsində nəzarətçi olaraq işləmiş 100 yaşındakı bir şəxsi 3 min 518 cinayətdə ittiham edib. Almanyanın Brandenburg bölgəsində yaşayan kişi 1942-ci ildən 1945-ci ilə qədər nəzarətçi olaraq çalışıb.

Prokurorluq iddia edir ki, o, bütün cinayətlərdə bilərək və istəyərək iştirak edib.

Müstəntiqlər onun yaşına baxmayaraq məhkəməyə çıxarıla biləcəyini desələr də, bu barədə son qərarı məhkəmə verəcək.

Ölkənin şimal-şərqində yerləşən nasist düşərgəsində müxaliflər, yahudilər, SSRİ müharibə əsirləri və polşalılar saxlanılıb.

Düşərgədə qaz otaqları, tibbi tədqiqat otaqları olub. Orada saxlanılanların ən azı 100 min nəfərinin müxtəlif tədqiqatlardan və bu kontekstə ağır şərtlərdən sonra öldüyü bildirilir.

Bundan əvvəl Almaniya prokurorları Polşadakı "Stutthoff" ölüm düşərgəsində katiblik edən bir qadının on min insanın öldürülməsinə kömək etdiyi üçün mühakimə olunacağı ilə bağlı açıqlama verib.

İstintaqa rəhbərlik edən Almaniyanın şimalındakı Itzehoe şəhərinin prokurorlarının verdiyi açıqlamaya görə, düşərgədə katib olaraq çalışan müttəhim 1943-cü ilin iyun ayından 1945-ci ilə qədər yahudi məhkumların, SSCB müharibə əsirlərinin, Polşa partizanlarının öldürülməsinə əmr edən şəxslərə kömək etməkdə ittiham olunur.

İkinci Dünya Müharibəsində Polşanın işğalından dərhal sonra qurulan düşərgə əvvəlcə Polşa ziyalılarının həbsi üçün istifadə edilib. Daha sonra, düşərgədə əksəriyyəti yəhudi olan 110.000 nəfər şəxs mühakimə olunub, 65 min nəfər öldürülüb.

Prokurorlar qadını "On mindən çox şəxsin qətl edilməsinə kömək etmək" və "Adam öldürməyə cəhd" maddələri ilə ittiham ediblər. O, bu cinayətləri törədərkən uşaq olduğu üçün, uşaqlar üçün nəzərdə tutulan məhkəmədə mühakimə olunacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun