Almaniyada bir qadın nasist ölüm düşərgəsindəki 10 mindən çox insanın qətlində ittiham olunur

Almaniyada bir qadın nasist ölüm düşərgəsindəki 10 mindən çox insanın qətlində ittiham olunur
6 Fevral 2021
Mətni dəyiş

Almaniya prokurorları Polşadakı "Stutthoff" ölüm düşərgəsində katiblik edən bir qadının on min insanın öldürülməsinə kömək etdiyi üçün mühakimə olunacağı ilə bağlı açıqlama verib.

İstintaqa rəhbərlik edən Almaniyanın şimalındakı Itzehoe şəhərinin prokurorlarının verdiyi açıqlamaya görə, düşərgədə katib olaraq çalışan müttəhim 1943-cü ilin iyun ayından 1945-ci ilə qədər yahudi məhkumların, SSCB müharibə əsirlərinin, Polşa partizanlarının öldürülməsinə əmr edən şəxslərə kömək etməkdə ittiham olunur.

İkinci Dünya Müharibəsində Polşanın işğalından dərhal sonra qurulan düşərgə əvvəlcə Polşa ziyalılarının həbsi üçün istifadə edilib. Daha sonra, düşərgədə əksəriyyəti yəhudi olan 110.000 nəfər şəxs mühakimə olunub, 65 min nəfər öldürülüb.

Prokurorlar qadını "On mindən çox şəxsin qətl edilməsinə kömək etmək" və "Adam öldürməyə cəhd" maddələri ilə ittiham ediblər. O, bu cinayətləri törədərkən uşaq olduğu üçün, uşaqlar üçün nəzərdə tutulan məhkəmədə mühakimə olunacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun