Avropa Birliyi Belarusiyada repressiyalarda iştirak etmiş 84 məmura qarşı sanksiyalar tətbiq edib

Avropa Birliyi Belarusiyada repressiyalarda iştirak etmiş 84 məmura qarşı sanksiyalar tətbiq edib
23 Fevral 2021
Mətni dəyiş
Avropa Birliyi Belarusiyada vətəndaş cəmiyyətinə qarşı repressiyalarda iştirak etmiş hakimiyyət təmsilçilərinə qarşı sanksiyaları genişləndirməyə hazırlaşır. Avropa Birliyinin Xarici Məsələlər və Təhlükəsizlik üzrə ali katibi Cosef Borrel fevralın 22-i Brüsseldə etdiyi açıqlamada deyib ki, Belarusiya hakimiyyəti ölkə vətəndaşlarına qarşı təqibləri davam etdirdiyi üçün AB "Belarusiya xalqının legitimliyə və demokratiyaya can atmasını" dəstəkləyəcək. Borrel əlavə edib ki, AB artıq Belarusiyadakı repressiyalarda iştirak etmiş və seçkinin saxtalaşdırılmasında rolu olmuş 84 vəzifəli şəxs və onların ailələrinin adlarını sanksiyalar siyahısına daxil edib. "Biz daha da irəli getməyə hazırıq və bunu edəcəyik. AB Şurasındakı işçi qrupu bununla məşğul olur" - deyə AB parlamentinin deputatları bildirib. Borrel Belarusiyaya qarşı bundan sonra hansı sanksiyalar hazırlandığı haqda heç bir məlumat verməyib. Bunun yerinə o bildirib ki, AB belarus xalqının siyasi hüquqları uğrunda mübarizəsini dəstəkləyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun