16 Fevral 2021
Mətni dəyiş
Belorusiyada bu gün səhərdən Belorus jurnalistlər asossasiyasının rəhbərliyini, ölkə boyu jurnalistləri və hüquq müdafiəçilərini yoxlamağa başlayıblar. Yoxlama çərçivəsində polis Belorus jurnalistlər asossasiyasının rəhbəri Andrey Bastunçun və onun müavini Oleq Aqeyevin iş yerinə baxış keçirib, axtarış aparıb. Bu haqda təşkilatın teleqram kanalında məlumat yayılıb. Onların məlumatına görə ölkə boyu 25 jurnalsit və hüquq müdafiəçisinin evində və iş yerində axtarışlar aparılıb. Polis nəfərləri axtarışların səbəbləri haqda heç nə bildirməyiblər.
Xüsusi Təyinatlı Polis olan OMON Qomel şəhərində jurnalist Larisa Şiryakovun evinə gəlib. Polislər deyiblər ki, onlar "daxili işlər orqanlarının əməkdaşının ölümü" maddəsi ilə cinayət işi qaldırıblar və onun əsasında axtarış aparırlar. Axtarışlar həmçinin Qomel şəhərində yaşayın jurnalist Anatoli Qotoviçin evində də aparılıb.
Axtarışlar həmçinin "Vesna" insan haqqları təşkilatının Moqilev şəhərində olan üzvləri Aleksey Kolçinin və Boris Buxelin, hüquq müdafiəçiləri Vladimir Telepunun, Andrey Poludanın, Yelena Maslyukovanın da evlərində və iş yerlərində aparılıb.
Axtarışları Mütəşəkkil Cinayətkarlıql Mübarizə İdarəsi aparır. İstintaq orqanları məlumat verib ki, axtarışları "etirazların maliyyələşdirilməsi şəraitinin müəyyən edilməsi" məqsədi ilə aparırlar.