"Microsoft"-un qurucusu Bill Qeyts peyvənd hazırlanmasına verdiyi dəstəyə görə haqqında yayılan konspirologiyaları axmaqlıq adlandırıb. Bununla bərabər, Qeyts bildirib ki, 2022-ci ildə dünyada peyvəndlənmə tam başa çata bilər.
Qlobal səviyyədə tibbə dəstək verən biri kimi tanınan Bill Qeyts Almaniyanın ARD kanalına müsahibəsində deyib ki, nisbətən varlı ölkələrdə peyvəndlənmə bu il bitəcək: "Dünyanın qalan hissəsi üçün də böyük bir səxavətə gərək olacaq. Buna nail olsaq, bütün dünya 2022-ci ilə qədər tam peyvəndlənəcək", - deyə o, vurğulayıb.
Qeyts peyvəndlərə dəstək verdiyi üçün haqqında yayılan konspirologiyalara da münasibət bildirib. "Microsoft"-un qurucusu deyib ki, insanları niyə nəzarət altında tutmaq istəyim ki?
Onun sözlərinə görə, bu iddiaları yaymaq axmaqlıqdır: "Peyvəndlərlə çiplər arasındakı əlaqəni isə ümumiyyətlə başa düşmürəm. Bu iddialar o qədər axmaqlıqdır ki, mən bunaların hamısına cavab verməliyəm?", - deyə o, sual edib.
Dünyanın ən varlı iş adamlarından biri olan Bill Qeyts koronavirus epidemiyasından maddi baxımdan faydalanmasına dair iddiaları da rədd edib: "Mənim sərvətim hər il bu peyvənd kampaniyalarına hazırda yatırım qoyan fond səbəbindən kiçilir", - deyə "Microsoft"-un qurucusu Bill Qeyts