Çindəki uyğur əmək düşərgələri barədə Qərb nə edə bilər
Çinin qərbində, Urumçi şəhərinin kənarında sənaye zonasında Coca-colanın nəhəng, mübahisələr doğuran qablaşdırma fabriki yerləşir. Logistik olaraq fabrik əla nöqtədə yerləşir: beynəlxalq hava limanına və dəbdəbəli Wyndhamhotel yaxınlığında surət qatarı stansiyasına avtomobillə qısa zamanda getmək olar. Lakin Coca-cola, Volkswagen və BASF kimi eyni regionda fəaliyyət göstərən qərb şirkətləri üçün problem eyni ərazidə yerləşən və heç bir rəsmi xəritədə adı keçməyən yüzlərlə obyektlərdir. İnsan Haqqları ekspertlərinin fikrinə görə Çin dövlət şirkəti ilə birgə təşəbbüs olan Cofco Coca-cola fabriki yerli milli azlıqların represiya edildiyi həbsxanalar və tərbiyələndirmə düşərgələrinin arasında yerləşir. Bu fabriklərdə və fermalarda azlıqlardan çoxunun məcburi əməyindən sonradan qərbdə, həmçinin Birləşmiş Krallıqda satılan məhsulların hazırlanmasında istifadə olunur.
Anqlikan kilsəsinin beş yepiskopu da daxil dünyanın dini liderlərinin "Holokostdan bəri dünyanın ən dəhşətli faciəsi " adlandırdıqları hadisələrin baş verdiyi, uzaq, təbii minerallarla zəngin səhranın adıdır. Təxmin edilir ki, son üç ildə Çin uyğurlar, qazaxlar və başqa müsəlman azlıqların həddi-buluğa çatmış əhalisinin onda birini, bir milyon adamı tərbiyələndirmə düşərgələrindən keçirib. Bu düşərgələrdə onları öz inanclarından imtina etməyə, Çin Kommunist Partiyasını tərifləməyə məcbur edilir, “beyin yuyulmasına” məruz qalırlar. Məhbuslar tez-tez intihara cəhdlər edirlər. Dəlillər göstərir ki, Çin yerli əhalini nəzarətdə saxlamaq üçün həbsdən məcburi əmək tədbirlərinə cəlb edir.
Avstraliya höküməti tərəfindən əsası qoyulmuş düşüncə mərkəzi “Avstraliya Srtateji Siyasət İnstitutu”-nun araşdırmasına görə 2017-2019-cu illər ərzində 800 min uyğur məcburi əmək məqsədi ilə Sincandan çıxarılmış və Çinin başqa bölgələrindəki müəsisələrə aparılmışdır. Bəziləri həbs düşərgəsindən birbaşa istehsal cərgələrinə otuzdurulub. Online sübutlara və şahid ifadələrinə əsasən deyə bilərik ki, bu fabriklərdə uyğurlar həbsxana şəraitində saxlanılır, günün böyük hissəsini işləməli olur və gündəlik idealoji tərbiyələndirmə sessiyalarına məruz qalırlar. İşçilər öz evlərinə yaxın məsafədə olsalar belə onlara müəssisələri tərk edib evlərinə baş çəkməyə icazə verilmir.
Muhammet Qırızbek New York Times-a müsahibəsində bildirib ki, “düşərgədən buraxıldıqdan sonra onların siyasətlərinə uyğun işləməlisən”. Onun 31 yaşlı həyat yoldaşı
Amanzhol Qısa bir il Sincanda düşərgədə saxlandıqdan sonra üç ay paltar fabrikində işləməyə göndərilib. Ona minimum əmək haqqının yarısından da az məvacib verilib.
Gülsura Aulçan 2017-2018-ci illərdə düşərgədə saxlanarkən tikiş maşınından istifadə etməyi öyrənib. O da düşərgədən azad edildikdən sonra düşərgənin yanında, fabrikdə əlcək tikməyə məcbur edilib. “Gündə neçə saat çalışdığımızı bilmirəm, orada saat yox idi” Almaniyanın həftəlik Die Zeit qəzetinə müsahibəsində o bildirib. “Biz yatdığımız yeri hava qaralanda tərk edirdik və yenə qaranlıqda qayıdırdıq”.
[caption id="attachment_79852" align="aligncenter" width="1600"]

Uyğurların saxlanıldıqları kütləvi kamplardan biri[/caption]
Son iki ildə bu proqramlar genişləndirilib. Çin dövlətinin rəsmi statistikasına görə son bir ildə əvvəlki ilə nisbətən 46 % daha çox “kənd təsərrüfatı işçiləri artığı”-nın “yeri dəyişdirilmişdir”. Pekin məcburi əmək haqqında ittihamları qəti şəkildə rədd edir və öz siyasətini azğın şəkildə “yoxsulluqla mübarizə proqramı” adlandırır. Lakin ekspertlər və xarici hökumətlər həyəcan təbili çalır. Britaniyanın xarici işlər naziri
Nigel Adams keçən ay parlamentdə çıxışı zamanı demişdir: “Sincanda və Çinin başqa bölgələrində uyğurların məcburi əməkə sövq edilməsinə dair dəlillər etibarlıdır. Belə hallar çoxalır və Birləşmiş Krallıq hökümətini dərindən narahat edir.” Keçən həftə xarici işlər katibi
Dominik Raab məcburi əməklə əlaqəsi olduğu təsbit edilən Çin istehsalı malların idxalına qadağa qoymaq planlarını elan etdi. Birləşmiş Krallıq qul əməyi ilə əlaqəsi olan şirkətləri cərimələyəcək və hətta onlara sanksiyalar tətbiq edəcək. ABŞ artıq məcburi əmək istifadə etməkdə və ya Sincandakı repressiya sisteminə texniki dəstək göstərməkdə şübhəli bilinən 48 Çin şirkətinə qadağalar və sanksiyalar tətbiq edir. Bu şirkətlərin arasında dünyaca məşhur Nike, H&M və Apple-la əməkdaşlıq edən şirkətlər də var. Coca-Colanın zavodu Sincanda, həbs və tərbiyə düşərgələri sisteminin mərkəzi Urumqidə yerləşir. ABŞ Konqresi bu sistemi “dünyanın ən böyük milli azlığın kütləvi həbsxanası” adılandırıb. ASPI peyk görüntüləri və şahid ifadələri əsasında müəyyən etmişdir ki, 30 kilometrlik zavodun ərazisində 25 həbsxana və saxlama düşərgəsi binaları mövcuddur. Bütün Sincan bölgəsində ən azı 380 həbs düşərgəsi var, bunlardan bəziləri gözətçi qüllələri, tikanlı məftillər və minlərlə məhbusun olduğu nəhəng tikililərdir. Coca-colanın bu zavodu 12 il əvvəl 210 milyon yuanlıq (bu gün 23 miyon funt sterlinq) investisiyanın bir parçası olaraq açılıb və fəaliyyətə başlayıb. Zavod səhmlərin çox hissəsinə nəzarət edən Çin payçı şirkəti Cofco tərəfindən idarə olunur. Coca-cola-nın menecerləri əmin ola bilərmi ki – onlardan xəbərsiz də olsa – bu zavodda və ya zavodun fəaliyyəti üçün lazım olan təminatın hər hansı mərhələsində məcburi əməkdən istifadə olunmur ? Coca-cola bəyan edir ki, kampaniyanın qaydaları məcburi əməyi qəti şəkildə qadağan edir və şirkət üçüncü tərəf olan agentliklərdən istifadə edərək bu tələblərə riəyət edilməsinə nəzarət edir. Lakin Sincanda olan səyahət və administrativ məhdudiyyətlər əmək standartlarının monitorinqini həyata keçirməyi demək olar ki, mümkünsüz edir. Nəticədə, ən azı üç böyük monitorinq təşkilatı bölgədə insan hüquqları qiymətləndirmələrini dayandırdı. Nəticədə, ən azı üç əsas monitorinq təşkilatı bölgə barədə insan hüquqları qiymətləndirmələri təqdim etməyi dayandırıb.
Çin Sincan olan 14 miyon uyğur və başqa müsəlman azlıqları idarə etmək üçün təkcə əmək düşərgələrindən istifadə etmir. Çin kommunist partiyasının region üzrə katibi
Chen Quanhuo minlərlə yüksək texnoloji avadınlıqlardan ibarət nəzarət-buraxılış məntəqələrinin şəbəkəsi olan “rahat polis stansiyaları”-nın kəşfinə görə dövlət televiziyasında təriflənir. Biri-birindən 300 metr aralıqda yerləşən bu stansiyalardan şəxsi internet istifadəsindən tutmuş işə davamiyyətə qədər gündəlik həyatın bütün aspektlərinə nəzarət olunur. Bütün avtomobillərə onların hərəkət marşrutuna nəzarət etmək üçün GPS sensorlar qoşulub və sürücülər yanacaqdoldurma məntəqəsindən yanacaq almaq üçün üz-tanıma sistemləri ilə qeydiyyatdan keçməlidirlər. Bütün küçələrdə və hətta bəzən şəxsi evlərin ərazilərində müşahidə kameraları quraşdırılıb. Nəticə isə dünyada analoqu olmayan yeni tip texnoloji avtoritar idarəetmə formasıdır. Mən 2018-ci ildə başqa ad altında Sincana baş çəkərkən ailə üzvləri whatsapp istifadə etdiyi üçün, namaz qıldığı üçün və hətta normadan artıq yanacaq aldığı üçün məcburi əmək düşərgələrinə göndərilən adamların ailə üzvləri ilə söhbət etmişəm.
Urumqidə Sonata sedan və Tharu SUV istehsal edən Volkswagenin Xingiangda mövcudluğu daha çox siyasi xarakterlidir. İqtisadi yanaşdıqda Sincan zavodu bir məna kəsb etmir, ehtiyat hissələri sahilyanı regionlardan minlərlə kilometr daşınmalıdır və illik planlaşdırılan əlli min avtomobil əvəzinə iyirmi mindən daha az avtomobil istehsal olunur. 2013-cü ildə zavod regiondakı uğurlarını dünyaya nümayiş etdirmək üçün Çin hakimiyyətinə siyasi hədiyyə kimi verilib. Bu gün zavodun bağlanması Çin bazarında satışlardan milyardlarla gəlir əldə edən Volkswagenin Çindəki bütün biznesini təhlükə altına qoya bilər. Volkswagenin satdığı avtomobillərin yarısı Çin Xalq Respublikasında alınır. Şirkətin Çində rəhbəri
Stefan Wellenstein Volkswagen Sincandakı vəziyyətə görə “narahatdır” lakin “mən düşünmürəm ki, regiondan qaçmaq siyasi problemləri həll edəcək.”
Sincanda müəsisələri olmayan şirkətlər üçün belə müsəlmanlara olan təyziq məsələsinə ilişməmək çətindir. Məsələn Apple, Sincandan köçürülən yüzlərlə Uyğur işçisini zavodlarında istifadə etməkdə günahlandırılan iPhone-ların texniki hissələri ilə əsas təchizatçısı O-film adlı bir şirkətlə iş apardığına görə tənqid edildi. ABŞ Ticarət Nazirliyi, O-filmi insan haqları pozuntularından şübhələndiyinə görə sanksiya siyahısına saldı. ABŞ-ın qida şirkəti Kraft Heinz də Çinin ən böyük pomidor emalçısı, Uyğurların məcburi əmək proqramlarında iştirakçı olduğu ehtimal edilən Cofco Tunhe ilə də əlaqələr qurur. Bütün adı çəkilən şirkətlər məcburi əmək məsələsində iştirak etdiklərini və ya bu haqda məlumatlı olduqlarını inkar ediblər.
Tekstil sənayesi xüsusi nəzarət altındadır. Sincan Çinin əsas pambıq istehsalçısıdır, burada pambıq əsasən əllə yığılır. Tədqiqatçılara görə Çin təbliğat kampaniyalarından və güclü təzyiqlərdən istifadə edərək tarlalarda Han-Çin işçilərini Uyğurlar və digər azlıqlar ilə əvəz etməyə başladı. Kommunizm Qurbanları Xatirə Fondunun mütəxəssisi və Sincan üzrə aparıcı ekspert Adrian Zenz, bugün Sincanda pambığın çoxunun məcburi əməklə və minimum ödənişlə toplandığını təxmin edir. “Yarım milyondan artıq uyğur istəyib-istəməməklərindən asılı olmayaraq Çin dövləti tərəfindən üç ay müddətinə tarlalara göndərilir” ekspert qeyd edir. Moda sənayesi üçün məsələdən qaçınmaq mümkün deyil. Hugo Boss, Adidas, Muji, Uniqlo, Costco, Caterpillar, Lacoste, Ralph Lauren və Tommy Hilfiger daxil olmaqla bir çox markaların adı Sincandakı vəziyyətlə bağlı hesabatlarda çəkilir və onlarla olan əlaqə təsbit edilir. Dünyadakı hər beş pambıq məhsulundan biri Sincan pambığı ilə hazırlanır. Marks & Spencer keçən həftə Sincanla əlaqəli bir çağırış imzaladı və bu bölgədən olan pambıq istifadəsini dayandıracağını vəd etdi. Lakin nəticədə Sincanda milyonlarla insanın taleyinə təsir edəcək istehlakçılar bizik. Qərbdə əksəriyyət üçün heyvan hüquqlarını pozan və ya ətraf mühitimizi məhv edən məhsulları boykot etmək normal hala çevrilib. ‘Made in China’ etiketli bir məhsul almaq istəyərkən kölə əməyinə və kobud insan haqları pozuntularına qarşı da eyni standartları tətbiq etməyin vaxtıdır.