11 Fevral 2021
Mətni dəyiş
Amerikanın yeni seçilmiş prezidendi Co Bayden fevralın 10-da ilk dəfə Çin Kommunist Partiyasının Katibi Si Çzinpinlə telefonla danışıb. Ağ evin mətbuat xidmətinin yaydığı məlumata görə Bayden Pekinin "dürüst olmayan iqtisadi əməllərinə", "Honkonqdakı repressiyalara" və Sincan-Uyğur Muxtar respublikasındakı insan haqqlarının pozulmasına görə Çzinpinə dərin narahatlıqlarını çatdırıb.
Bundan əlavə tərəflər konoranvirusla mübarizədən, iqlim dəyişikliklərindən də danışıblar. Bayden administrasiyasının məlumatına görə Ağ ev çoxsaylı məsələlərdə fikir ayrılıqlarına baxmayaraq Pekinlə açıq dialoqa çalışır.
Xatırladaq ki, Bayden yeni seçiləndən sonra, fevralın 5-də Dövlət Departamenti qarşısında xarici siyasəti ilə bağlı çıxış edib, o Vaşinqtonun Moskva ilə münasibətlərində dəyişikliklərin ediləcəyini bildirib. Bayden deyib ki, ABŞ daha "Rusiyanın aqressiv hərəkətləri qarşısında geri addım atmayacaq"