13 Fevral 2021
Mətni dəyiş
Amerika prezidenti Cozef Bayden 2025-ci il, prezidentlik müddətinin sonuna kimi ABŞ-ın Kubadan kirayələdiyi Quantanamo hərbi-dəniz bazasını ləğv etmək niyyətindədir. Bu haqda Ağ evin mətbuat katibi Ceniffer Psaki fevralın 12-də bildirib.
"Sözsüz ki, bizim məqsədimiz və bizim hədəfimiz budur" - deyə o brifinqdə bildirib.
Psaki əlavə edib ki, Bayden komandası Təhlükəsizlik Şurasının xətti ildə əvvəlki administrasiyadan qalan problemləri həll etmək üzərində işləyir.
Xatırladaq ki, Quantanamo həbsxanasını hələ 2007-ci ildə Barak Obama bağlamayacağını demişdi. Donald Tramp isə öz növbəsində, 2016-cı ildə keçirdiyi seçki kampaniyasında Quantanamo həbsxanasını açıq saxlayacağını və oraya "pis oğlanları" salacağını demişdi.
Quantanamo həbsxanası indiyədək dəfələrlə səs-küylü insan haqqları pozuntuları ilə gündəmə gəlib.