Danimarkada sosial şəbəkələrdə Baş nazir Mette Frederikseni təhdid etmək ittihamı ilə saxlanılan şəxs həbs edilib.
North Jylland Polisinin yaydığı məlumata görə, Frederiksenə qarşı sosial mediada təhdid yazmaqda şübhəli bilinən 26 yaşlı şəxs yanvarın 28-də Danimarkanın Hobro qəsəbəsindəki evində həbs edilib.
Saxlanılan şəxs dünən "təhdid" ittihamı ilə Aalborg Şəhər Məhkəməsində hakim qarşısına çıxarılıb.
Məhkəmə şübhəlinin təcridxanya göndərilməsi və 4 həftə sonra hakim qarşısına çıxarılması ilə bağlı hökm çıxarıb.
Şübhəlinin təhdid etdiyi şəxsin Baş nazir olması səbəbi ilə etdiyi cinayətə görə cəzasının iki dəfə artırıla biləcəyi qeyd edilib.
Mette Frederiksenin maketini yandırıblar
Danimarkada yanvarın 23-də “COVID-19” məhdudiyyətlərinə qarşı təşkil olunan etiraz aksiyasında Baş nazir Mette Frederiksenin maketini yandırmaqda ittiham olunan üç nəfər Kopenhagen polisi tərəfindən saxlanılıb.
30, 32 və 34 yaşlarında olan şəxslər “vəzifəli şəxslərə qarşı cinayət”də ittiham edilirlər.
Onların Baş nazirə qarşı təhlükə yaratdığı, buna görə də fevralın 19-dək həbsdə qalacaqları ifadə edilib.
Danimarkada koronavirus məhdudiyyətlərinə qarşı son həftələrdə təşkil olunan aksiyalarda 23 nəfər saxlanılıb.