Dünyada dindarların sayı azalır

Dünyada dindarların sayı azalır
13 Fevral 2021
Mətni dəyiş

İctimai rəy sorğularına görə, ərəb ölkələrində və İslamın geniş yayıldığı digər ölkələrdə dindən uzaqlaşanların və dinin dövlətdən ayrı olduğunu düşünənlərin sayı artıb.

Rəsmi rəqəmlərə görə, Yəmənlə Mərakeş arasında yerləşən bölgədə yaşayan insanların böyük əksəriyyəti inanclıdır. Fərqli dinləri və məzhəbləri qəbul edən insanların yaşadığı Livanda ümumi əhalinin 60% müsəlmandır. İordaniya, Səudiyyə Ərəbistanı və ərəb dünyasının bir çox ölkəsində yaşyan əhalinin isə demək olar ki, 100%-i müsəlmandır. Bölgələrdəki əksər avtoritar hökumətlər qurulmuş dini idarıetmə ilə mətbuatı və təhsili nəzarətində saxlamağa çalışırlar.

Ancaq bununla birlikdə, aparılan rəy sorğularına görə, ərəb dünyasında və İslamın təsir dairəsində olan ölkələrdə dünyəviləşmə meyli ciddi şəkildə artıb. Artıq bu ölkələrdə dinin siyasətdən ayrılması yönündə tələblər daha çox səslənir.

Livan və İrandakı vəziyyət

Amerikanın Princeton və Miçiqan universitetinin birlikdə apardıqları araşdırma çərçivəsində Livanda yaşayan 25 min insandan dini görüşləri soruşulub. Nəticədə məlum olub ki, son 10 ildə özünün dindar olduğunu ifadə edən insanların sayı 43% geriləyib.

Hollandiyada yerləşən Utrecht Universitetinin iranlılar arasında apardığı sorğuda da oxşar nəticələr üzə çıxıb.

Universitetin nəzdində yaradılan "İrandakı davranışları ölçmə və analiz etmə" qrupu İranda yaşayan 40 min insan arasında sorğu keçirib və sorğuda iştirak edən insanların 47%-i dindar olmadığını bildirib.

GAMAAN-ın İranla bağlı araştırmasında iştirak edən anket iştirakçılarının 78%-i Allaha inandığını bildirib. İnananların ancaq 32%-i şiə olduğunu bildirib. Araşdırmadan sonra əldə edilən ümumi nəticələrə görə iranlıların 9%-i özünü ateist, 6%-i aqnostik, 8%-i zərdüşt, 5%-i sünni olaraq qəbul edir. İştirak edənlərin 7%-i digər cəryanları qəbul etdiyini, 22%-i isə qərar vermədiyini deyib.

Araşdırmaçıların gəldiyi ümumi nəticələrə görə, dünyada dindarlaşma zəifləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun