2 Fevral 2021
Mətni dəyiş
Ermənistan Avropa Şurasının yardımı ilə Azərbaycana beynəlxalq təzyiqi artırmağa çalışır. Bu haqda Ermənistanın AŞPA-dakı nümayəndə heyyətinin üzvü "İşıqlı Ermənistan" partiyasının rəhbəri Edmon Manukyan fevralın 2-də keçirdiyi mətbuat konfransında deyib.
Manukyan bildirib ki, "Erməni tərəfi beynəlxalq təzyiqlərin Azərbaycana yönləndirilməsi və gücləndirilməsinə çalışmalıdır. Digər tərəfdən isə etiraf etmək lazımdır ki, artıq AŞPA-da Qarabağ mövzusunda eşitməkdən beziblər. İş orasındadır ki, insanlar müharibənin bitdiyini görürlər, ortada imzalanmış sənəd var"
AŞPA-dakı digər erməni deputat, "Mənim addımım" blokundan olan Ruben Rubinyan isə jurnalistlərə deyib ki, "Hal-hazırda Azərbaycan tərəfi Qarabağ münaqişəsinin həll olunduğunu və gündəmdən düşdüyünü göstərməyə çalışır, ancaq münaqişə həll olunmayıb, Bakı isə üçtərəfli razılaşmanın bəndlərini pozur"
Rubinyanın fikrincə bu konteksdə AŞPA, Avropa Komissiyasının və s. beynəlxalq təşkilatların tribunalarından Azərbaycana nə qədər müraciətlər olsa, bu ölkəyə beynəlxalq təzyiq o qədər artar. Rubinyan həmçinin Azərbaycana təzyiqlərin əsasən Azərbaycan tərəfindən müharibədən sonra tutulmuş və geri qaytarılmayan erməni əsirlərin qaytarılması üçün lazım olduğunu qeyd edib.