Fransada dini ayrıseçkilik kimi qəbul olunan və qınanan qanun parlamentdə təsdiqlənib

Fransada dini ayrıseçkilik kimi qəbul olunan və qınanan qanun parlamentdə təsdiqlənib
17 Fevral 2021
Mətni dəyiş

Fransada milli məclis prezident Emmanuel Makronun partiyasından olan iki millət vəkilinin təklif etdiyi "Cümhuriyyət dəyərlərinə hörməti artıran" adlı qanun layihəsini qəbul edib. Layihə növbəti mərhələdə 30 martdan etibarən Senatda müzakirəyə çıxarılacaq.

Layihə ilə bağlı keçirilən səsvermədə 157 millət vəkili layihənin əleyhinə səs verib, 65 millət vəkili bitərəf qalıb. 347 millət vəkili isə layihənin lehinə səs verib və layihə qbul olunub.

Bundan əvvəl komitə müzakirələrində qanunda dini ayrıseçkilik yaradan iki maddənin parlamentin müzakirəsinə təqdim edilməsi qəbul edilməyib və layihədən çıxarılıb. Həmin maddələr 18 yaşa qədər qızların ictimai yerlərdə hicab taxmasını qadağan edirdi.

Komitə sözügedən müddəaların aşırı olduğunu düşünüb və səsverməyə çıxarılmasına razılıq verməyib.

Fransa Daxili İşlər Naziri Christophe Castaner də bildirib ki, həmin maddələr ümumiyyətlə təqdim edilən qanunla əlaqəsizdir və rədd edilməlidir.

Ancaq digər tərəfdən dini məhdudlaşdırmalara yol aça biləcək bəzi maddələr hələ də qanunda var. Belə ki, təqdim olunan qanuna görə, hər hansısa şəxsə qarşı şiddəti və cinsi ayrıseçkiliyə səbəb olan fikirləri təbliğ edən dini dərnəklər bağlanacaq.

Bununla yanaşı, dövlət məmurlarını dini zəmndə təhqir və təhdid edən şəxsləri 5 ilə qədər həbs və 75 min avro cərimə gözləyir. Eyni zamanda, dini dərnəklərə xaricdən edilən yardımların 10 min avrodan çox olduqda dövlətə bəyan edilməsi də qanuniləşib. Qanun bunu etməyənlərin 3 min 750 avro cərimələnməsinə imkan verir.

Qanuna görə 3-16 yaş uşaqlara təhsil vacibdir, sağlıq durumu istisna olmaqla digər hallarda təhsildən yayınma məsuliyyət yaradır.

Sosial şəbəkələrdə bir şəxsin həyatını təhlükəyə atacaq şəxsi həyatına dair mövzuları paylaşmaq artıq 3 ilə qədər həbsə və 45 min avro cəriməyə səbəb olacaq.

Dini ayrıseçkiliyi və nifrəti təbliğ edən məscidlərin, ibadətgahların bağlanması da qanunda öz əksini tapıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun