Gürcü müxalifət lideri: "Siyasi böhrandan çıxmağın tək yolu növbədənkənar seçkilərdir"

Gürcü müxalifət lideri: "Siyasi böhrandan çıxmağın tək yolu növbədənkənar seçkilərdir"
19 Fevral 2021
Mətni dəyiş
Gürcüstanda dünən baş nazir Georgi Qaxariyanın istefasından sonra ölkədə siyasi böhran yaranıb. Həbsinə hazırlaşılan müxalif "Vahid milli hərakat" partiyasının lideri Nika Meliya azadlıqda qalıb və o ölkəboyu etiraz mitinqləri keçirəcəyini deyib. Meliya hakimiyyətin böhrandan çıxmaq üçün yeganə yolunun növbədənkənar seçkilər keçirmək olduğunu deyib. O bildirib ki: "Gəlin bu hakimiyyətin nümayəndələri və vasitəçilərlə danışıqlar masası arxasında oturaq və yeni seçkilər keçirmək məsələsini müzakirə edək" Onun sözlərinə görə müxalifət hakimiyyətlə danışıqlara hazırdır, böhrandan çıxmağın yeganə yolu isə növbədənkənar seçkilərdir. "Bizim məqsədimiz zorakılıq deyil, olmayıb da, haqlı olduğumuz üçün kimisə sıxışdırmalı deyilik. Biz ölkənin inkişafını istəyirik" - deyə Meliya bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun