Rus rejissoru Andrey Konçalovskinin "Əziz yoldaşlar" (2020) filmi "Ən yaxşı əcnəbi film" nominasiyasında Oskar mükafatının qısa siyahısına daxil olub. Bu haqda yanvarın 9-da Amerika film akademiyasının mətbuata verdiyi açıqlamada deyilir.
Ağ-qara stildə çəkilmiş drama filmi 1962-ci ildə Novoçerkasskıda güllələnən dinc etirazçılardan bəhs edir. Bu film artıq Venesiya film festivalının və ABŞ milli kinotənqidçilərinin milli şurasının mükafatlarını alıb.
[caption id="attachment_96349" align="aligncenter" width="2000"]
Viktor Kosasovskinin "Qunda" (2020) filmindən bir kadr.[/caption]
Oskarın qısa siyahısına düşmüş "Ən yaxşı tammetrajlı sənədli film" nominasiyasında yarışan digər rus filmi isə "Qunda"dır. Film 2020-ci ildə rejissor Viktor Kosakovski tərəfindən çəkilib. Ağ-qara lentə çəkilmiş sənədli filmdə nə insanlar görünmür nə də insan səsi gəlmir. Film Qunda adlı donuzun, onun balalarının və inəklərlə toyuqlarının həyatından bəhs edir.
Xatırladaq ki, keçən il də məhz bu nominasiyada Kosakovskinin "Akvarel" (2018) filmi yarışırdı.
Oskar mükafatının qalibləri martın 15-də elan ediləcək.