İki türk aktyoru Erdoğanı təhqir etmək ittihamı ilə məhkəməyə çəkilir

İki türk aktyoru Erdoğanı təhqir etmək ittihamı ilə məhkəməyə çəkilir
17 Fevral 2021
Mətni dəyiş
Türk kino və teatrının iki tanınmış siması Metin Akpınar və Müjdan Gezenin iştirak etdikləri bir verilişdə prezident Rəcəb Tayyib Ərdoğanı tənqid etdikləri üçün prezidentin onlarla bağlı məhkəməyə "prezidenti təhqir etmə" ittihamı ilə məhkəməyə müraciət edib. Məhkəmə işinin ikinci iclası bu gün baş tutub. Məhkəmədə dövlət ittihamçısı Müjdat Gezenlə Metin Akpınarın hər birinə 1 il 2 aydan, 4 il 8 aya qədər həbs cəzası verilməsini tələb edib. Hər iki aktyor 2018-ci il, dekabrın 21-də jurnalist Uğur Dündarın Halk TV-də hazırladığı "Halkın Arenası" proqramında işlətdikləri ifadələrə görə mühakimə olunurlar. İttihamnamədə deyilir ki, Müjdat Gezenin Erdoğana müraciətlə "Həddini bil" sözlərini işlətməsi "prezidenti təhqir etmə" hesab olunur. Məhkəməyə türk dilinin izahlı lüğəti ilə gələn Müjdat Gezen deyib ki: "Lüğətdə "həddini bil" ifadəsi təhqir sayılmır. Dəyərini bil anlamına gəlir. "Həddini bil" təhqir olsaydı prezident özü o ifadəni tez-tez istifadə etməzdi". Müjdat Gezenin vəkili Fuad Selvi isə Gezenin bəraətini tələb edib, o müdafiə etdiyi şəxsin heç bir təhqirə yol vermədiyini bilirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun