İranın qum şəhərindən olan din xadimi Ayetullah Abbas Təbriziyan koronavirus peyvəndi vurduran şəxslərlə bağlı səs-küylü açıqlama verib.
Təbriziyan 200 mindən çox izləyicisi olan Teleqram kanalında yazıb ki, koronavirus peyvəndi vurduran şəxslərə yaxınlaşmayın, onlar homoseksual olub. Təbriziyan İranda Qərb və müsair tibb əleyhdarı kimi tanınır. O, bundan öncə dəfələrlə tibbi kitabları yandırmaqla gündəmə gəlib.
LGBT+ və insan haqları üzrə vəkil Peter Tatchell İsrail qəzetinə deyib ki, bu LGBT fərdlərinə qarşı ayrıseçkilik və nifrət çağırışı olmaqla yanaşı, həm də peyvəndlərin kütləvi istifadəsinə bilərəkdən mənfi təsir göstərmək cəhdidir.
İran Xarici İşlər Naziri Cavad Zərif 2019-cu ildə bir açıqlama verib rejimin homoseksualları edam etməsini müdafiə etmişdi və bunu belə əsaslandırmışdı: "Bizim cəmiyyətin əxlaqi prinsipləri var və bu prinsiplərə görə yaşayırıq".