KTMT-nin baş katibi: "Ermənistan müharibə vaxtı bizə müraciət etmədiyi üçün yardım göstərə bilmədik"

KTMT-nin baş katibi: "Ermənistan müharibə vaxtı bizə müraciət etmədiyi üçün yardım göstərə bilmədik"
2 Fevral 2021
Mətni dəyiş
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 2021-cil ildə təqribən 8 böyük hərbi təlim keçirməyi planlaşdırır. Təlimlərin çoxu Tacikistanın ərazisində aparılacaq. Bu haqda KTMT-nin baş katibi Stanislav Zas rus mətbuatına açıqlamasında bildirib. Zasın sözlərinə görə təlimlərin çoxu ona görə Tacikistanda keçirilir ki, bu ölkə 2021-ci ildə KTMT-niyə sədrlik edəcək. KTMT-nin baş katibi həmçinin Ermənistan-Azərbaycan arasında son baş verən Qarabağ müharibəsi haqda da danışıb. O deyib ki, bu müharibə boyu əvvəldən hərbi əməliyyatların dayandırılması və münaqişəni sülh danışıqları yolu ilə həll etməklə bağlı çağırışlar etmişik. Stansilav Zas həmçinin təşkilatın üzvü olan Ermənistana müharibə günlərində hərbi və digər yardımların niyə edilməməsi sualını da cavablandırıb. O deyib ki, KTMT-də Ermənistana yardım mexanizmi nəzərdə tutulmamışdı, çünki rəsmi İrəvan təşklata yardım üçün müraciət etməmişdi. Baş katib KTMT üzvü olan ölkələrlə bağlanmış müqavilənin 4-cü bəndindən misal gətirərək bildirib ki, təşkilata üzv olan ölkələrə qarşı aqressiya, hücum, təhlükəsizliyinə, stabilliyinə, ərazi bütövlüyünə təhdid olarsa təşkilat ləngimədən öz tərəfdaşına hərtərəfli kömək etməlidir. Ermənistan tərəfindən isə bizə belə bir kömək üçün müraciət olmamışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun