LGBT hüquqları sarısından son sıralarda olan İtaliyada LGBT fərdləri üçün sığınacaq yaradılıb

LGBT hüquqları sarısından son sıralarda olan İtaliyada LGBT fərdləri üçün sığınacaq yaradılıb
10 Fevral 2021
Mətni dəyiş

İtaliyada Napoli bələdiyyəsi şiddət və ayrıseçkiliyə məruz qalan LGBT fərdləri üçün sığınacaq açıb. Napoli bələdiyyəsinin sədri Luigi De Magistris tərəfindən açılışı edilən sığınacağı LGBT qrupları tərəfindən idarə olunacaq. 

"LGBT+ Mədəniyyətləri və Sığınma Evi" adı verilən sığınacaqda mədəniyyət və şiddətə məruz qalan şəxslər üçün qonaq otaqları da var.

Sığınacaq şiddətə, təcavüzə, ayrıseçkiliyə məruz qalan fərdlərə xidmət göstərəcək.

Bələdiyyə sədri Luigi De Magistris bildirib ki, bu sığınacaq İtaliyada təkcə Napolidə var: "Bu gün hüquqlar, azadlıqlar və ədalət üçün müstəsna bir gündür. Bu bina müsbət dəyişikliyin əlamətidir. Şəhərimiz duyğulara, qardaşlığa, həmrəyliyə, ədalətə inanır və çətin vəziyyətdə olan insanlara əl tutur", - deyə Napoli bələdiyyəsinin sədri Luigi De Magistris bildirib.

Sığınacağa nəzarət edəcək LGBT qrupları deyir ki, İtaliya mədəni hüquqlarla bağlı səylərini gücləndirib.

İtaliya LGBT hüquqları ilə bağlı son sıralardadır

2016-cı ildə İtaliyada eynicinsli şəxslərin ailə qurmasına hüquqi status verən "Mədəni birlikdəlik"-lə bağlı qanun qəbul olunub.

Katolik kilsəsinin güclü nüfuza sahib olduğu ölkədə bu qərar tarixi dönüş nöqtəsi olsa da İtaliya hələ də Qərbi Avropa ölkələri arasında LGBT hüquqları baxımından sonuncu sıradadır.

Avropa Birliyi təsisatları tərəfindən 2019-cu ildə aparılan Eurobarometer sorğusuna görə, İtaliyda LGBT fərdlərinin qəbul olunma faizi və geylərin də hetroseksual cütlüklərlə eyni hüquqlara sahib olmasının vacibliyini deyənlərin faizi Avropa ortalamasına görə çox aşağıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun