Müharibə günlərində Ümümerməni fondu "Hayastan"ın balansından 11 milyon dollar yoxa çıxıb

Müharibə günlərində Ümümerməni fondu "Hayastan"ın balansından 11 milyon dollar yoxa çıxıb
17 Fevral 2021
Mətni dəyiş
Bütün dünyada fəaliyyət göstərən Ümumerməni fondu "Hayastan"ın balansından 11 milyon dollar yoxa çıxıb. Bu haqda erməni mediası və "Dejavyu"  erməni teleqram-kanalı məlumat yayıb. Teleqram-kanal həmçinin məlumat verib ki, bütün ermənilərin cəbhə üçün birləşdiyi müharibə günlərində "Hayastan" Ümumerməni fondunda toplanan vəsaitlər başqa məqsədlər üçün xərclənib. Belə ki, pullar güya müharibə xərclərini ödəmək üçün hökümətə verilib, ancaq bu yaxınlarda Ermənistanın keçmiş prezident Serj Sarkisyan öz müsahibəsində deyib ki, müharibə günlərində cəbhəyə lazım olan şeylərin alqı-satqı işlərini Müdafiə Nazirliyi yox, hökümət özü aparıb və gərəyindən baha qiymətlərə alıb. Daha dəqiqi söhbət zirehli gödəkcələrdən gedir. Zirehli gödəkcələr çox vaxt gərəyindən xeyli baha qiymətə alınıb. Sarkisyan deyib ki, onların məqsədi mümkün qədər çox pul qazanmaq olub. Teleqram-kanalın məlumatına görə zirehli gödəkcələrlə bağlı daha bir məlumat da var, belə ki, müharibə dövründə güya hökümət "Hayastan" fondunun hesabına 11 milyon dollarlıq zirehli gödəkcə alıb, pul fonddan çıxarılıb, nəğdləşdilirib, ancaq alınan məhsul hələ də ünvanına çatmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun