Myanma lideri Aung San Suu Kyi və hakim partiyanın digər yüksək səviyyəli şəxslərinin səhər saatlarında təşkil olunan əməliyyatla saxlanıldığı bildirilib.
Aung San Suu Kyinin partiyası Milli Demokratik Birliyin (NLD) spikeri Myo Nyunt Reuters xəbər agentliyinə deyib ki, ölkənin faktiki lideri Suu Kyi, Prezident Win Myint və digər yüksək səviyyəli şəxslər nəzarətə alınıb.
Əməliyyat siyasi hakimiyyətlə ordu arasındakı gərginliyin və hərbi çevriliş söz-söhbətlərinin ardından baş tutub.
NLD keçən ilin noyabr ayında yeni hökumət qurmaq üçün parlamentdə kifayət qədər səs çoxluğunu təmin etmişdi, ancaq ordu seçkilərin saxta olduğunu iddia etmiş və hökumətdən parlamentin toplanmasının təxirə salmasını istəmişdi.
NLD Spikeri Nyunt "İnsanlarımızı tələsik reaksiya verməməyə və qanuna uyğun hərəkət etməyə çağırıram" deyib və öz həbsini də gözlədiyini bildirib.
BBC Cənub-Şərqi Asiya müxbiri Jonathan Head paytaxt Nepido (Naypyitaw) və Yangonda əsgərlərin küçələrdə məskunlaşdığını bildirib.
Paytaxtda internet və telefon xətlərinin kəsildiyi, dövlət televiziyasının yayımının dayandırıldığı bildirilir.
Şənbə günü Myanma hərbi qüvvələri hərbi çevriliş söz-söhbətlərinə reaksiya olaraq konstitusiyaya sadiq qalacaqlarına söz vermişdilər.