Nigeriyada dənizdə dəniz quldurları tərəfindən qaçırılan "Mozart" gəmisində olan 15 türk gəmiçi xilas edilib. Məlumatlara görə, onlar xilas edildikdən sonra tibbi yoxlanışdan keçiblər və vəziyyətləri normaldır.
Gəminin aid olduğu şirkətdən verilən açıqlamaya görə, ekpaj üzvlərinin hamısı ailələri ilə təmas halın, təhlükəsiz yerdədirlər. Qısa müddət sonra evlərinə qayıdacaqlar.
Açıqlamada qeyd olunub ki, bu çətin və ağrılı keçən müddətdə yüksək səbr nümaiş etdirən ekpaj üzvlərinə və onların ailələrinə təbriklərimizi, təşəkkürlərimizi çatdırırıq: "Bu 3 həftə ərzində verdikləri dəstəyə görə Türkiyə və Nigeriya hökumətinə, bütün dövlət qurumlarına və işçilərinə təşəkkür edirik. Edilən hücumda həyatını itirən həmkarımıza rəhmət, ailəsinə səbr diləyirik", - deyə Borealis Maritime və Boden Dənizçilik bildirib.
Şirkət onu da qyd edib ki, ekpaj üzvləri ailələri ilə görüşdükdən sonra növbəti açıqlama olacaq.
Yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.
Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.