Polşada 18 il sonra günahsız olduğu üzə çıxan şəxs ölkə tarixinin ən böyük təzminatını alıb

Polşada 18 il sonra günahsız olduğu üzə çıxan şəxs ölkə tarixinin ən böyük təzminatını alıb
10 Fevral 2021
Mətni dəyiş

Polşada təcavüz və qətl ittihamı ilə 18 il həbsdə olan Tomasz Komendanın günahsız olduğu üzə çıxıb. 

Polşa tarixinin ən səs-küylü cinayət işi Tomasz Komenda işi olub. Belə ki, 1996-cı ildən 97-ci ilə keçən yeni il gecəsində Polşanın Miloszyce qəsəbəsindəki gecə klubunda dostları ilə bayram tədbirində iştirak edən 15 yaşlı gənc qız Malgorzata K hava almaq üçün çölə çıxır. Ertəsi gün klubun qabağındakı boş ərazidə onun cəsədi aşkarlanır. Məhkəmə tibbi ekspertizası rəy verir ki, 15 yaşlı qız təcavüzə məruz qaldıqdan sonra donaraq ölüb.

Ertəsi gün Tomasz Komenda şübhəli şəxs kimi həbs edilir və məhkəmə onu şübhəli şəxs kimi qəbul edərək, həbs edir. Komenda bütün ittihamları rədd etsə də, 2000-ci ildə məhkəmə onu 25 azadlıqdan məhrum edir.

Lakin 2018-ci ildə qətlə yetirilmiş Malgorzatanın ailəsi işin yenidən araşdırılması üçün Ədliyyə nazirinə müraciət edir. Araşdırmalardan sonra məlum olur ki, Komendanın cinayətlə əlaqəsi yoxdur. Prokurorluğun yüksək məhkəməyə müraciətindən sonra p o 2018-ci ildə azadlığa buraxılır.

Qanunsuz 18 illik həbsinə görə təzminat davası açdıran Komendaya məhkəmənin qərarı ilə 18 milyon zlota (8 milyon 200 min manat) kompensasiya təyin olunur. Məhkəmənin təyin etdiyi məbləğ ölkə tarixinin ən böyük təzminatı hesab olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun