Putin Rusiyada "İnsan hüquqları Məhkəməsi"-nin yaradılması ilə bağlı qərar verib

Putin Rusiyada "İnsan hüquqları Məhkəməsi"-nin yaradılması ilə bağlı qərar verib
2 Fevral 2021
Mətni dəyiş

Rusiya prezidenti Vladimir Putin Rusiya Ali Məhkəməsinə Ədliyyə Nazirliyi ilə birlikdə İnsan Hüquqları Məhkəməsinin yaradılması üzərində işləməyi tapşırıb.

İnsan Hüquqları Şurası iclasında alınan qərara görə, Ali Məhkəmə Ədliyyə Nazirliyi ilə birlikdə Rusiya İnsan Hüquqları Məhkəməsinin yaradılmasının mümkünlüyünü araşdıracaq və bununla bağlı prezidentə təkliflərini verəcək.

Rusiyada Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) bənzər bir məhkəmənin yaradılması Rusiya İnsan Hüquqları Şurasının üzvü Yevgeniy Mıslovskiy tərəfindən təklif edilib.

Rusiya prezidenti Vladimir Putin bu təklifi dəstəkləyib və "prinsipcə doğru fikirdir" deyib.

8 dekabrda Rusiya prezidenti Vladimir Putin Rusiya Konstitusiyasının beynəlxalq müqavilələrə görə üstünlük verilməli olduğuna dair qanun imzalayıb. Bu qanunla artıq Rusiya vətəndaşlarının AİHM-də hüquqlarının tanınması ilə bağlı çətinlik çəkə biləcəyi qeyd olunur.

Avropa Şurasının yaydığı son hesabata görə, Rusiya Avropa Məhkəməsinə ən çox şikayət olunan 5 dövlətdən biridir və Avropa Məhkəməsinin qərarlarını icra etməkdən boyun qaçıran dövlətlərin də başında gedir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun