Rusiya Müsəlmanları Dini İdarəsinin başçısının müavini Ildar Alyautdinov bildirib ki, "Sputnik V" peyvəndlərinin istehsalçılarından alınan məlumata görə, payevəndin tərkibində müsəlmanlar üçün qadağan alınmış hər hansısa bir maddə yoxdur.
Alyautdinov deyib ki, Rusiyada yaşayan bəzi müsəlmanlar peyvəndin halal olmamasına dair narahatlıq keçirsələr də, bu əsassızdır. Peyvənd tam halaldır.
"Peyvəndi istehsal edən şirkətin açıqlamasına görə peyvəndin tərkibindən donuz jelatinindən istifadə olunmayıb. Buna görə də ilk baxışdan deyə bilərik ki, bu peyvəndin istifadəsinin İslan dini baxımından bir problemi yoxdur. Halal peyvənddir", - deyə Rusiya Müsəlmanları Dini İdarəsinin başçısının müavini Ildar Alyautdinov bildirib.
O, bildirib ki, peyvəndin istifadəsinə çağırış edən fətva hazırlanır.
Alyautdinov Rusiyada 25 milyon müsəlmanın yaşadığını bildirib.
Bundan əvvəl...
Oktyabrda İndoneziyalı diplomatlar və müsəlman ruhanilər Çinə gediblər. Diplomatlar Çindən İndeoneziya üçün Çin istehsalı koronavirus peyvəndi almaq üçün danışıqlar aparıblar. Bununla yanaşı, din xadimləri peyvəndlərin halal istehsala uyğun olub-olmadığına dair həssaslıqlarını ifadə ediblər. Buna səbəb donuzlardan əldə edilən jelatinin də peyvəndlərin hazırlanmasında istifadə olunmasıdır.
Dünyada bir çox ölkələr koronaviru əleyhinə peyvəndlər hazırlamağa çalışır. Ancaq ölkələr bu peyvəndləri daha tez əldə edib, tətbiq etməyə maraqlıdır. Ancaq peyvəndlərdə donuz məhsullarının da istifadə edilməsi bu peyvəndlərin dünyanın hər yerində istifadə olunmasına əngəllər yaradacağına dair müzakirələrə səbəb olub.
Donuzlardan alınan jelatin peyvəndlərin daşınması və saxlanmasında səmərəliliyi təmin etmək üçün geniş istifadə olunur. Bir çox şirkət uzun illərdir hazırlanmasında donuz ətindən istifadə olunmayan dərmanlar əldə etməyə çalışır. İsveçrənin Novartis şirkəti tərkibində donuz məhsulları olmayan miningit dərmanları istehsal edir. Səudiyyə Ərəbistan və Malayziya da oxşar tədqiqatlar aparır.
İngiltərə İslam Tibb Dərnəyinin baş katibi Selman Şakar bildirib ki, tərkibində donuz jelatini olmayan dərman məhsullarının istifadə müddətinin daha qısa olmağı onu deməyə əsas verir ki, hələ uzun müddət tərkibində donuz məhsulları olan dərmanlardan istifadə olunacaq.