Səudiyyə Ərəbistanı koronavirus tədbirləri çərçivəsində çərşənbə günündən etibarən 20 ölkəyə qapılarını bağladığını elan edib.
Daxili İşlər Nazirliyindəki mənbənin verdiyi məlumata görə, sayahət qadağası qoyulan ölkələrin arasında Türkiyə də var.
Argentina, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, ABŞ, İndoneziya, İtaliya, Pakistan, İngiltərə, Türkiyə, İsveç, Fransa, Livan, Misir, Hindistan, Yaponiya, İrlandiya, Braziliya, Portuqaliya, İsveçrə və Cənubi Afrikaya tətbiq olunan qadağanın nə vaxt bitəcəyi bildirilməyib.
Koronavirus epidemiyasını nəzarətə almaq və geniş yayılmasının qarşısını almaq üçün nəzərdə tutulan tədbirlərin Səudiyyə vətəndaşları üçün tətbiq olunmayacağı bildirilib. Eyni zamanda diplomatlar, səhiyyə işçiləri və onların ailələri də bu qadağalardan kənar saxlanılıb.
Xəbərlərdə qərarın bitmə tarixi göstərilməyib, ancaq çərşənbə günü yerli vaxtla saat 21: 00-dan etibarən həyata keçiriləcəyi bildirilib.