Uyğur türkü: "Həbs düşərgələrində çinli əsgərlər bizə təcavüz edirdilər"

Uyğur türkü: "Həbs düşərgələrində çinli əsgərlər bizə təcavüz edirdilər"
4 Fevral 2021
Mətni dəyiş

Çinin Sincan bölgəsində müsəlman uyğur türklərinin və digər etnik azlıqların saxlandığı "yenidən təhsil" adı verilən həbs düşərgələrində qadınların sistematik olaraq cinsi təcavüzə və işgəncələrə məruz qaldıqlarını göstərən yeni məlumatlar ortaya çıxıb.

Sözügedən düşərgələrdən azad olan bəzi keçmiş saxlanılanlar BBC-ə düşərgədə baş verənlərlə bağlı danışıblar.

9 ay orda saxlanılan qadın və düşərgənin nəzarətçisi kimi çalışmış şəxsin BBC-ə danışdıqlarına görə, düşərgədə saxlanılan qadınlara kütləvi təcavüzlər və işgəncələr olub.

Keçmiş düşərgə sakinlərindən biri, Tursanay Ziyavudun deyir ki, düşərgədə olan maskalı əsgərlər kameralara daxil olurdular və xoşlarına gələn qadınları seçib aparırdılar. Əsgərlər qadınları kamera nəzarəti olmayan otaqlarda təcavüz edirdilər: "Bir neçə dəfə mənim də başıma gəlib, aparıblar otağ və bir neçə əsgər mənə təcavüz edib. Bu məndə heç vaxt unutmayacağım izlər buraxıb", - deyə o, vurğulayıb.

Beynəlxalq insan haqları təşkilatları və fəalları deyir ki, Çin hökuməti müsəlman azlıqlara qarşı dəhşətli etnik təmizləmə siyasəti yürüdürlər. Onlara "Beyin yuma" və "Qısırlaştırma" əməliyyatları tətbiq olunur. Əmək düşərgələrində qul kimi işlədilirlər.

Ameirkan “Nyu York Tayms” nəşrinə sızdırılan sənədlərə görə, bu siyasət Çin prezidenti Si Cinpinin 2014-cü ildə Sincan səfəri zamanı uyğur türklərinin hücumundan sonra daha sərt formada yürüdülüb. Məlumata görə, prezident bölgə rəhbərliyinə azlıqlara "mərhəmət etməməyi" əmr edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun