Yeni ABŞ administrasiyası Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayacağını bəyan edib

Yeni ABŞ administrasiyası Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayacağını bəyan edib
12 Fevral 2021
Mətni dəyiş

ABŞ-ın yeni administrasiyası Krımın işğalına görə Rusiyaya qarşı sanksiyaları qaldırmayacağını və Krımı heç vaxt Rusiyanın ərazisi kimi tanımayacağını elan edib.

Bu haqda BMT-dəki ABŞ missiyasının başçısı Rodni Hanter açıqlama verib. Diplomat bildirib ki, ABŞ heç vaxt Rusiyanın Krımı ilhaq etməyə cəhdini tanımayacağıq.

"Ukraynaya qarşı aqressiyasına görə Rusiyaya tətbiq etdiyimiz sanksiyaları götürməyəcəyik, bu sanksiyalar rəsmi Moskva öz siyasi kursuna yenidən baxanacan qüvvədə qalacaq" - deyə Hanter bildirib.

Hanter həmçinin Rusiyanın hərbi qüvvələrinin Ukrayna ərazisində olmasını qınayıb və Kiyevə dəstək verməyə davam edəcəklərini deyib.

Rusiya 2014-cü ildə Ukraynada baş verən Avromaydan inqilabından sonra ölkənin Krım adasını işğal edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun