Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində bu gün yarımfinal görüşlərinə yekun vurulacaq.
"Magnus Carlsen Invitational" adlanan yarışda finalçılar müəyyənləşəcək.
İlk gündə rusiyalı Yan Nepomnyaşiyə uduzan Karlsen ikinci dueldə bunun əvəzini çıxmağa çalışacaq. Digər görüşdə isə Uesli So (ABŞ) ilə Aniş Giri (Niderland) üz-üzə gəcək. Niderland təmsilçisi ilk qarşılaşmadan qalib ayırılıb.
Bərabərlik qeydə alınarsa, 2 blits partiya və ehtiyac yarandıqda armageddon oynanılacaq.
"Magnus Carlsen Invitational"
Yarımfinal, 2-ci görüşlər
Maqnus Karlsen (Norveç) - Yan Nepomnyaşi (Rusiya)
Aniş Giri (Niderland) - Uesli So (ABŞ)
Turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Bu mərhələdə Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov seçmə raundda "8-liy"ə düşə bilməyərək, mübarizəni dayandırıb. Əvəzində Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.