26 Aprel 2021
Mətni dəyiş
Bazar günü Amerika kino sənəti akademiyasında Oskar film mükafatının 93-cü təqdimetmə mərasimi keçirilib. 2021-ci il üzrdə dünyaca məşhur Oskar film mükafatının "Ən yaxşı film nominasiyasında" mükafatını çin mənşəlli amerikan rejissoru Xloy Çjao (Chloe Zhao) alıb. Bu mükafata rejissor 2020-ci ildə çəkdiyi "Köçəri yurdu" (Nomadland) filminə görə layiq görülüb.
"Köçəri yurdu" filmində 60 yaşlarında bir qadının iqtisadi böhrandan sonra hər şeyini itirib bir karavan alaraq ABŞ-ın qərb əyalətlərini gəzməsindən söhbət açılır.
Xatırladaq ki, Xloy Çjao 93 illik Oskar mükafatı tarixində bu mükafatı qazanan ikinci qadın rejissordur. Mükafatı qəbul edərkən Xloy çıxışında deyib ki: "Bu mükafatı nə qədər çətin olsa da içindəki xeyirxahlığa və bir-birlərinin içindəki xeyirxahlığa söykənərək cəsarət və inanca sahib olanlar üçün alıram".
Bu il Oskar mükafatına Xloy Çjou-dan başqa "Promising Young Woman" filminə görə ən yaxşı qadın rejissor nominasiyasında Emerland Fennell də namizəd göstərilmişdi.
Oskar tarixində ən yaxşı rejissor nominasiyasında ilk mükafat alan qadın rejissor isə Katrin Biqelov olub.
Oskarın "Ən yaxşı qadın baş rol ifaçısı" nominasiyasında isə yenə də "Nomadland" filminin baş rol ifaçısı Fransis MakDormand olub. "Ən yaxşı kişi baş rol ifaçısı" nominasiyasında isə məşhur aktyor Entoni Hopkins "Father" (Ata) filmindəki roluna görə Oskara layiq görülüb.
Bu il "Ən yaxşı aktrisa" nominasiyasında Oskarı "Minari" filmindəki roluna görə Yuh-Yunq Youn qazanıb, "Ən yaxşı aktyor" mükafatı isə "Judas and the Black Messiah" filmindəki roluna görə Daniyel Kaluuya əldə edib.