Bu gün şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun V mərhələsində mübarizə start veriləcək.
"New In Chess" adlı mərhələdə Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcək. Ümumilikdə 16 qrissmeyster 3 gün ərzində bir-biri ilə üz-üzə gələcək.
İlk 5 turun görüşləri birinci yarış günündə olacaq. I turda Məmmədyarov qara fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə, Teymur Rəcəbov isə ağ fiqurlarla Böyük Britaniyadan olan Qaveyn Consla qarşılaşacaq.
Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla III, Məmmədyarov isə XIII turda qarşılaşacaq. Onlar müvafiq olaraq qara və ağ fiqurlarla mübarizə aparacaqlar. Şahmatçılar XI turda bir-birilərinə rəqib olacaq.
New In Chess
24 aprel
I tur
Teymur Rəcəbov - Qaveyn Cons (Böyük Britaniya)
Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov
II tur
Teymur Rəcəbov - Aryan Tari (Norveç)
Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE)
III tur
Levon Aronyan (Ermənistan) - Teymur Rəcəbov
Yan Kşiştof Duda (Polşa) - Şəhriyar Məmmədyarov
IV tur
Şəhriyar Məmmədyarov - Rameşbabu Praqqnanandha (Hindistan)
Teymur Rəcəbov - Yohan-Sebastyan Kristiansen (Norveç)
V tur
Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov
Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov.