Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində daha 5 tur oynanılıb.
İkinci oyun günündə Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ) və Yan-Kşiştof Duda (Polşa) ilə ağ, Alireza Firuzca (FIDE) və Rameşbabu Praqqnanandha (Hindistan) ilə qara fiqurlarla mübarizə aparıb. Görüşlərindən 4-nü heç-heçə ilə başa vuran Rəcəbov Praqqnanandhaya uduzub.
Şəhriyar Məmmədyarov isə Sergey Karyakin (Rusiya) və Lenyer Dominges (ABŞ) ilə ağ, Qaveyn Cons (Böyük Britaniya), Le Kuanq Lyem (Vyetnam) və Vidit Qucrati (Hindistan) ilə qara fiqurlarla qarşılaşıb. O, Karyakin, Dominges və Qucratini yenib, Consla heç-heçə edib, Lyemə isə uduzub.
Çempionlar Turu, V mərhələ
"New In Chess"
25 aprel
VI tur
Qaveyn Cons (Böyük Britaniya) - Şəhriyar Məmmədyarov - 0,5:0,5
Teymur Rəcəbov - Hikaru Nakamura (ABŞ) - 0,5:0,5
VII tur
Alireza Firuzca (FIDE) - Teymur Rəcəbov - 0,5:0,5
Şəhriyar Məmmədyarov - Sergey Karyakin (Rusiya) - 1:0
VIII tur
Le Kuanq Lyem (Vyetnam) - Şəhriyar Məmmədyarov - 1:0
Teymur Rəcəbov - Yan Kşiştof Duda (Polşa) - 0,5:0,5
IX tur
Rameşbabu Praqqnanandha (Hindistan) - Teymur Rəcəbov - 1:0
Şəhriyar Məmmədyarov - Lenyer Dominges (ABŞ) - 1:0
X tur
Vidit Qucrati (Hindistan) - Şəhriyar Məmmədyarov - 0:1
Teymur Rəcəbov - Uesli So (ABŞ) - 0,5:0,5
Bu nəticələrdən sonra xallarını 6-ya çatdıran Məmmədyarov və Rəcəbov 5-6-cı yerlərdə qərarlaşıb. 4-cü yerdə gedən Lyemin də eyni xalı var. Karlsen 7 xalla liderdir, Firuzca və Nakamura hərəyə 6,5 xalla 2-3-cü yerləri bölüşür.