Azərbaycana aid hərbi helikopter Türkiyədə məcburi eniş edib

Azərbaycana aid hərbi helikopter Türkiyədə məcburi eniş edib
21 May 2021
Mətni dəyiş

Azərbaycana aid hərbi helikopter texniki nasazlıq səbəbindən Türkiyənin Giresun vilayətinin Tirebolu rayonunda dəniz kənarına məcburi eniş edib.

Giresun valisi Enver Ünlü bildirib ki, Azərbaycandan təlimlər üçün Amasyanın Merzifon rayonuna gedən Azərbaycan Silahlı Qüvvələrinə aid altı hərbçini daşıyan helikopter məcburi eniş etməli olub.

Eniş əsnasında hər hansı yaralanma və ya qəza vəziyyəti qeydə alınmayıb:

“Sahilə məcburi eniş ediblər. İki helikopter olub, digəri Merzifona gedib. Altı hərbçi Tireboludadır, onları qonaq edəcəyik”.

[embed]https://youtu.be/Pm19o9xiLBI[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun