Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin son iki oyunu keçiriləcək.
Qarşılaşmalar İngiltərənin paytaxtı Londonda və Şotlandiyanın Qlazqo şəhərində gerçəkləşəcək.
Günün ilk matçında İngiltərə və Almaniya yığmaları üz-üzə gələcək. "Uembli" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu niderlandlı FIFA referisi Denni Makkeli idarə edəcək.
Günün son matçında isə İsveç və Ukrayna komandaları üz-üzə gələcək. "Hempden Park" stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi italiyalı Daniele Orsato olacaq.
İsveç - Ukrayna cütünün qalibi 1/4 final mərhələsində Almaniya - İngiltərə duelinin güclüsü ilə üz-üzə gələcək.
29 iyun
Avropa çempionatı
1/8 final mərhələsi
20:00. İngiltərə - Almaniya
Baş hakim. Denni Makkeli (Niderland)
London. "Uembli" stadionu
23:00. İsveç - Ukrayna
Baş hakim: Daniele Orsato
Qlazqo. "Hempden Park" stadionu
Qeyd edək ki, 1/4 final mərhələsinin daha 3 görüşünün tərkibi belə müəyyənləşib: İsveçrə - İspaniya, Belçika - İtaliya, Çexiya - Danimarka.