"Grand Chess Tour" şahmat seriyasının üçüncü mərhələsinin iştirakçıları məlum olub.
İyulun 7-dən 11-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək "Croatia Grand Chess Tour" adlı rapid turnirində ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edəcək.
Şəhriyar seriyanın birinci yarışı olmuş "Superbet Chess Classic Romania"-ın qalibi olub.
Artıq Xorvatiyada üz-üzə gələcək şahmatçıların adları da məlumdur. Beləliklə, Zaqrebdə Məmmədyarovdan başqa, fransız Maksim Vaşye-Laqraf, Niderland təmsilçiləri Aniş Giri və Yorden Van Forrest, rusiyalılar Yan Nepomnyaşiy və Aleksandr Qrişyuk, ukraynalı Anton Korobov, polyak Yan-Kşıştof Duda, meydan sahibi, xorvatiyalı İvan Sariç və xüsusi qonaq qismində turnirə dəvət olunan iki eks-dünya çempionu, hindistanlı Vişvanatan Anand və Rusiyanı təmsil edən əslən bakılı Hari Kasparovdur.
Turnir çərçivəsində baş tutacaq Məmmədyarov-Kasparov qarşılaşması hər iki şahmatçı üçün karyeralarında bir-birilərinə qarşı oynadığı ilk oyun olacaq. Qrossmeyster Şəhriyar Məmmədyarov indiyədək heç bir rəsmi oyunda Hari Kasparovla qarşılaşmayıb.