Bu gün futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinə start veriləcək.
İlk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçı Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda İsveçrə və İspaniya yığmaları arasında olacaq. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşü ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək. 1/8 finalda isveçrəlilər son dünya çempionu Fransanı, İspaniya isə həmin mundialın gümüş mükafatçısı Xorvatiyanı mübarizədən kənarlaşdırıb.
Günün digər oyununda isə turnirin favoritlərindən Belçika və İtaliya kollektivləri üz-üzə gələcəklər. Almaniyanın Münhen şəhərindəki eyniadlı stadionda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq. İtaliya millisi əvvəlki raundda Avstriyanı üstələyib. Belçika seçməsi isə son Avropa çempionu Portuqaliyadan güclü olub.
Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq.
Avropa çempionatı 1/4 final 20:00. İsveçrə - İtaliya Baş hakim: Maykl Oliver (İngiltərə) Sankt-Peterburq, "Sankt-Peterburq Arena"
23:00. Belçika - İtaliya Baş hakim: Slavko Vinçiç (Sloveniya) Münhen, "Münhen Futbol Arenası"
1/4 finalın digər oyunlarında Çexiya Danimarkanı, Ukrayna isə İngiltərəni sınağı çəkəcək. İlk oyun Bakı Olimpiya Stadionunda, ikinci qarşılaşma isə İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçiriləcək.