Bu gün Azərbaycanın daha iki klubu UEFA Konfrans Liqasında mübarizəyə başlayacaq.
Ötən mövsümün gümüş mükafatçısı "Qarabağ" Bakıda İsrailin "Aşdod" komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. Matçın baş hakimi ukraynalı Sergey Boyko olacaq. Oyun azarkeşlərin iştirakı ilə oynanılacaq. Görüşə 7 mindən çox bilet satılıb. Matça arenanın ümumi tutumunun 50 faizi qədər - 15 min bilet ayrılıb.
Ötən mövsüm Azərbaycan Kubokunun qalibi olmuş "Keşlə" isə Rusiyada "Soçi"nin qonağı olacaq. "Fişt" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü albaniyalı hakim Enea Yorci idarə edəcək. Qarşılaşmaya az sayda azarkeş buraxılacaq.
22 iyul UEFA Konfrans Liqası
20:00. "Qarabağ" - "Aşdod" (İsrail) Baş hakim: Sergey Boyko (Ukrayna) Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
20:00. "Soçi" (Rusiya) - "Keşlə" Baş hakim: Enea Yorci (Albaniya) Soçi. "Fişt" stadionu
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunları bir həftə sonra gerçəkləşəcək.