Olimpiya Oyunlarının şüarı Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Yaponiyanın paytaxtı Tokioda keçirilən iclasında dəyişdirilib.
Bu, IOC prezidenti Tomas Bax tərəfindən təklif olunub.
Olimpiya şüarı belə səslənəcək: "Birlikdə - daha sürətli, daha yüksək və daha güclü"!
"Daha sürətli, daha yüksək, daha güclü" şüarı 1894-cü ildə təsdiqlənib. Tomas Bax bu dəyişikliyi əlamətdar hadisə hesab edib.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.