Bu gün Azərbaycanın daha 2 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Yarışın 4-cü günündə cüdoçu Murad Fətiyev və badmintonçu Edi Reski Dviçayo qüvvəsini sınayacaq.
81 kq çəki dərəcəsində yer alan Fətiyev mübarizəyə 1/16 finaldan start verəcək. Onun rəqibi Frederik Harris (Sierra Leone) olacaq.
L qrupunda qərarlaşan Dviçayo isə vyetnamlı Tyen Min Nquenlə qarşılaşacaq.
Tokio-2020
27 iyul
Cüdo
81 kq
06:00 - 09:30. 1/16 final. Murad Fətiyev - Frederik Harris (Sierra Leone)
Badminton
L qrupu
05:00 - 10:30. Edi Reski Dviçayo - Frederik Harris (Sierra Leone)
Yarışın ilk 3 günündən sonra Azərbaycanın 16 idmançısı olimpiada ilə vidalaşıb.