"Qarabağ" Azərbaycan millisinin futbolçusu Riçard Almeyda ilə 1 illik müqavilə imzalanıb.
Klubun rəsmi saytı xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi 7 nömrəli formada çıxış edəcək.
Bu, təcrübəli oyunçunun Ağdam təmsilçisinə 3-cü qayıdışıdır. O, daha öncə 2012-2018 mövsümündə, həmçinin 2019-cu ildə "köhlən atlar"ın şərəfini qoruyub.
Qeyd edək ki, Riçard Almeydanın son klubu "Zirə" olub.