Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirinin təsnifat mərhələsinin son 5 turunun oyunları keçirilib.
Qrossmeyster Şəhriyar Məmmədyarov günün ilk qarşılaşmasında – 11-ci turda hindistanlı Santoş Viditlə heç-heçə edib, növbəti turda vyetnamlı Le Quanq Liemə məğlub olub. On üçüncü turda Fransa təmsilçisi Alireza Firuzca ilə heç-heçə edən şahmatçımız sonrakı turda rusiyalı Daniel Naroditskiyə qalib gəlib. Şahmatçımızın ABŞ təmsilçisi Erik Hansen ilə keçirdiyi son qarşılaşmasında da heç-heçə qeydə alınıb.
On beş turda 9 xal toplayan şahmatçımız 6-cı yerdə qərarlaşıb. Bununla da Ş.Məmmədyarov turnirin səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb.
Turnir sentyabrın 5-dək davam edəcək. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.