Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün ən vacib istiqamətlərdən biridir.
Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinə müsahibəsində Naxçıvana yolun açılması məsələsinin həllilə bağlı sualın cavabında bildirib.
Rudenkonun sözlərinə görə, üç ölkənin baş nazir müavinlərinin sədrliyilə üçtərəfli işçi qrupu vahid paket üzərində işi tamamlamaq üzrədir. Sənəd regionda dəmir yolu və avtomobil əlaqəsinin bərpasını nəzərdə tutur
Bundan əvvəl Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində Birgə Bəyannamə qəbul edilib.Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Xatırladaq ki, bu Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib.
Birgə Bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb.
Eyni zamanda, Azərbaycan və Ermənistan arasında hər iki istiqamətdə kommnukasiyaların açılmasının vacibliyi qyed olunub.