AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin məruzəçisi Ştefan Şennak Azərbaycanda media haqqında qanunun yoxlanılması xahişi ilə Venesiya Komissiyasına müraciət edib.
Bu barədə Turan agentliyinin sorğusuna görə Ştefan Şennak bildirib.
"Biz Venesiya Komissiyasından Qanunun ekspertizasını aparmağı və bu qanunu imzalamamağa çağırmaqla Azərbaycan prezidentinə müraciət etməyi xahiş etdik", - deyə Şennak bildirib.
Bundan əvvəl isə Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Azərbaycan Prezidenti İlham Əliyevi "Media Haqqında" yeni qanun layihəsini yenidən işlənməsi üçün parlamentə qaytarmağa çağırıb.
"Yeni qəbul edilmiş qanun ifadə azadlığı və mətbuat azadlığı sahəsində vəziyyəti daha da pisləşdirir. Bu qanun hakimiyyət orqanlarına lisenziyalaşdırma yolu ilə jurnalistlərin işini həddindən artıq məhdudlaşdırmaq səlahiyyəti verir. O, həmçinin media şirkətlərinin və təşkilatlarının maliyyə fəaliyyətinə, hüquqi fəaliyyətinə və əməliyyat fəaliyyətinə məhdudiyyətlər tətbiq etmək imkanı verir", - deyə komissar yazır.