Hökumətin vəd etdiyi 'elektron sağlamlıq kartı' sistemi niyə tam işləmir?

Hökumətin vəd etdiyi 'elektron sağlamlıq kartı' sistemi niyə tam işləmir?
18 Yanvar 2022
Mətni dəyiş
https://www.youtube.com/watch?v=4h0_gSZDEmM

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulurdu ki, əhalinin sağlamlığının monitorinqi üzrə müxtəlif tibbi elektron registrlər, vətəndaşların “elektron sağlamlıq kartı” sistemi və vahid səhiyyə informasiya sistemi yaradılsın. Ancaq bu istiqamətdə atılan addımalrla bağlı məlumatlara rast gəlmək olmur. Həqiqətən də bu sistemlər yaradılıbmı? Əlçatımlıdırmı? Səhiyyə Nazirliyi əhalinin sağlamlaşdırılması istiqamətində hansı addımları atıb? AbzasMedia bu suallara cavab tapmaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə sorğu ilə müraciət edib. Nazirlikd’n sor]uya cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən öz fəaliyyət istiqamətlərinə uyğun olaraq zəruri tədbirlər görülmüşdür.

Tədbirlərin nəticəsi olaraq Konsepsiyada qarşıya qoyulmuş vəzifələrə tam nail olmuşdur. O cümlədən, səhiyyə sahəsində informasiya təminatının təkmilləşdirilməsi ən vacib məsələ kimi diqqət mərkəzində olmuş, əhalinin sağlamlığının monitorinqi üzrə müxtəlif tibbi elektron registrlər, vətəndaşların “elektron sağlamlıq kartı” sistemi və vahid səhiyyə informasiya sistemi yaradılmışdır. Abzas Media məsələ ilə bağlı ekspertlər professor Adil Qeybulla və uroloq Vasif İsmayılın fikirlərini alıb. Onların da açıqlamalarını videomaterialda sizə təqdim edirik.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun