Kürdəmir rayonu Dəyirmanlı kənd sakini Zabir Seyidov ailəsini saxlaya bilməməsindən şikayət edir:
"Ailəm 3 nəfərdən ibarətdir. 1 azyaşlı körpəm var. Özüm yanacaqdoldurma məntəqəsində operator vəzifəsində çalışıram, 200 manat əməkhaqqı alıram. Həyat yoldaşım işləmir. Aztəminatlı ailə olduğum üçün 2 dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin VEMTAZ saytına müraciət etmişəm, ikisində də müraciətimə imtina cavabı verilib".
Şikayətçi deyir ki, ailə vəziyyəti ağır olduğundan təbii qazdan istifadə edə bilmir, evini qızdırmaq üçün odundan istifadə edir.