"Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradocva hökm oxunub. Muradov barəsində açılan cinayət işinə xitam verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Muradov təqsirli bilinsə də, o artıq vəfat etdiyindən, barəsində açılan cinayət işinə xitam verilməsi ilə bağlı hökm çıxarılıb. Ancaq bununla yanaşı, qarşı tərəfin iddiası da təmin edilib. Belə ki, cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən qaldırılmış 640 min 922 manat məbləğində mülki iddia təmin olunub, həmin məbləğ dövlət büdcəsinə köçürülməlidir. Ötən il həbs olunan Vidadi Muradov qanunsuz yollarla külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olurdu. V.Muradov 2021-ci il noyabrın 4-ü gecə saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib.