Vaşinqton yanvarda böhtan ittihamı ilə mühakimə olunan Vətəndaş və İnkişaf Partiyasının sədri, Azərbaycan hökumətinin fəal tənqidçisi Əli Əliyevin həbsinə reaksiya verib.
"Biz Əli Əliyevin cinayət işi üzrə qərardan məyusuq", - Dövlət Departamentinin sözçüsü Turan İnformasiya Agenliyinə bildirib.
“Biz Azərbaycan hökumətini beynəlxalq öhdəliklərinə, o cümlədən ifadə azadlığı hüququna hörmət etməyə çağırırıq”.
Əli Əliyev ötən ilin dekabrında Youtube kanalı Osmanqızı TV-yə verdiyi müsahibədə Sərhəd Xidmətinin vertolyotunun qəzasında sağ qalanlarla bağlı fikirlərinə görə yanvarın 13-də böhtan ittihamı ilə 5 aylıq həbs edilib.